İmran Xan: Kəşmir problemini həll edəcək siyasətçi Nobel sülh mükafatına layiqdir


Dünya 04 Mar 2019 22:37:00 317 0

İmran Xan: Kəşmir problemini həll edəcək siyasətçi Nobel sülh mükafatına layiqdir

Pakistanın Baş naziri İmran Xan rəhbərlik etdiyi hökumətin onun namizədliyini Nobel sülh mükafatına irəli sürməsi məsələsinə münasibət bildirib: "Hesab edirəm ki, mən bu mükafata layiq deyiləm. Məhz Kəşmir xalqının mənafeyinə uyğun olaraq bu problemini həll edəcək siyasətçi Nobel sülh mükafatına layiq olacaq".

Son.az AZƏRTAC-a istinadən bildirir ki, İmran Xan özünün Twitter səhifəsində daha sonra yazıb: "Kəşmir problemi oradakı əhalinin iradəsinə uyğun həll olunmalıdır. Bu, regionda da sülhün və sabitliyin bərqərar olmasına kömək edəcək".