Tikinti fəaliyyəti sahəsində bəzi xidmətlərin göstərilməsi pullu olacaq


Digərləri 04 Mar 2019 22:24:00 259 0

Tikinti fəaliyyəti sahəsində bəzi xidmətlərin göstərilməsi pullu olacaq

Azərbaycanda müvafiq qurumlar tikinti fəaliyyəti sahəsində göstərdikləri xidmətləri ödənişli əsaslarla həyata keçirəcəklər.

Son.az Trend-ə istinadən bildirir ki, bununla bağlı Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişikliklər edilir.

Dəyişikliklər Milli Məclisə Azərbaycan Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim edilib.

Məcəlləyə təklif edilir ki, tikinti layihələrinin şəhərsalma sənədlərinə uyğunluğunun yoxlanılmasına, habelə siyahısını, məbləğini və tətbiqi hallarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tikinti fəaliyyəti sahəsində müvafiq qurumlar tərəfindən göstərilən digər xidmətlərə görə haqq ödənilsin.

Bu dəyişiklik müvafiq qurumlar tərəfindən tikinti layihələrinin şəhərsalma sənədlərinə uyğunluğunun yoxlanılmasının və tikinti fəaliyyəti sahəsində göstərdikləri xidmətlərinin ödənişli əsaslarla həyata keçirilməsini nəzərdə tutur.