Uşaqda xərçəng xəstəliyindən necə şübhələnmək olar?


Digərləri 04 Mar 2019 22:05:00 251 0

Uşaqda xərçəng xəstəliyindən necə şübhələnmək olar?

Xoşbəxtlikdən uşaqlarda bədxassəli şişlər həddən artıq az hallarda təsadüf edilir. Buna baxmayaraq valideynlərin, hər ehtimala qarşı, bu xəstəliklərin əsas əlamətlərini bilmələri vacib hesab edilir.

Məlumdur ki, xərçəng xəstəliyıni onun ilkin mərhələlərində müalicə etmək asan olur.

Uşaq orqanizminin özünü bərpa etmək xüsusiyyəti böyüklərə nisbətən daha yüksək olur. Buna görə də bütün dünya həkimləri belə bir yekdil fikir irəli sürürlər ki, uşaqlarda xərçəng xəstəliyi ilkin mərhələlərdə aşkar edilərsə, müasir tibbin imkanlarından istifadə etməklə onu tam şəkildə sağaltmaq olar.

Son.az saglamolun.az-a istinadən bildirir ki, uşaq onkoloqlarının fikrinə görə valideynləri onkoloji xəstəliklər barəsində məlumatlı və öz uşaqlarının sağlamlığına qarşı diqqətli olmaları, uşaqlarda bədxassəli şişlərin ilkin diaqnostikası üçün böyük rol oynayır.

Bütün bədxassəli şişlər üçün aşağıdakı əlamətlər xarakterik hesab edilir:

- iştahanın pisləşməsi və arıqlama,

- dərinin avazıması,

- səbəbsiz olaraq hərarətin yüksəlməsi,

- uşağın adi davranışındakı dəyişikliklər (adi halda olduğundan daha tez yorulması, hətta öz sevimli oyunlarını belə yaddan çıxarmaları, daha şıltaq olmaları və s.).

Əlbəttə ki, bütün bu əlamətlər digər xəstəliklər üçün də xarakterik hesab edilir. Təəssüflər olsun ki, məhz buna görə onkoloji xəstəliklərin ola bilməsi barədə şübhə həkim-pediatrlar tərəfindən çox gec dəyərləndirilir. Buna qədər isə artıq uzunmüddətli effektsiz müalicələr aparılmış, xeyli qiymətli vaxt itirilmiş olur.

Uşaqlarda (həmçinin böyüklərdə) bədxassəli şişlərin əmələgəlmə səbəbləri tibb elminə indiyə qədər hələ də məlum deyildir.

Uşaqlarda təsadüf edilən bədxassəli şişlər arasında birinci yeri leykoz (qan xərçəngi), ikinci yeri isə beyin şişləri tutur.

Baş beyinin şişləri