“Twitter”də YENİ FUNKSİYA


Digərləri 04 Mar 2019 21:26:00 292 0

“Twitter”də YENİ FUNKSİYA

"Twitter" mikrobloqlar servisi istifadəçilərə dərc edilən məlumatlar altında arzuolunmaz şərhləri gizlətməyə imkan verən yeni funksiya hazırlayır.

Son.az "ICTnews"a istinadən yazır ki, funksiyadan "Paylaş" düyməsinə basmaqla yararlanmaq mümkün olacaq.

Yenilik barədə şirkətin məhsullar üzrə baş meneceri Yasmin Hak "Twitter" hesabında bildirib. Onun sözlərinə görə, istifadəçilər mövcud komandalar vasitəsilə məlumatları mənfi rəylərdən tam qoruya bilmirlər. Məsələn, dərc edilən məlumatlar üçün cavablardan şikayət etmək yalnız onlar şirkətin qaydalarını pozduqda mümkündür. Yeni funksiya mikrobloqların moderasiya imkanlarını genişləndirməyə şərait yaradacaq.