Dubay əmirliyində "Dubay İpək Yolu" strategiyası hazırlanıb


Dünya 04 Mar 2019 21:16:00 289 0

Dubay əmirliyində "Dubay İpək Yolu" strategiyası hazırlanıb

Dubay əmirliyinin vəliəhd şahzadəsi Şeyx Həmdan bin Məhəmməd bin Rəşid Əl Maktum beynəlxalq ticarəti birləşdirmək sahəsində Dubayın rolunun artırılması üçün inkişaf planını təsdiqləyib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, tarixən Şərqlə Qərbi birləşdirən ticarət yolları şəbəkəsinin şərəfinə adlandırılan "Dubai Silk Road" ("Dubay İpək Yolu") strategiyası əmirliyin logistik sektorunun inkişafına yönəlib. Dubay şahzadəsinin fikrincə, bu layihə iqtisadiyyatın diversifikasiyası sahəsində planların reallaşmasının açarıdır. Şahzadə öz "Twitter" səhifəsində yazıb ki, bu, dünya ticarətində Dubayın strateji cəhətdən gələcəkdə möhkəmlənməsinə yönəlib".

Dubayın "Ports, Customs and Free Zone Corporation" korporasiyası və digər dövlət strukturları ilə birgə hazırlanmış "Dubay İpək Yolu" strategiyası ikitərəfli yanaşmaya əsaslanır: azad ticarət zonaları arasında və ölkə daxilindəki digər əmirliklərlə ticarətin genişlənməsi və "DP World" terminalının digər dünya ölkələri ilə ticarət əlaqələrinin təkmilləşdirilməsi.

Qeyd olunur ki, "Emirates" milli aviaşirkətinə bu strategiyada xüsusi yer ayrılır.