ABŞ ilə Çin arasında uğurlu ticarət danışıqlarından sonra Asiya birjalarında səhmlər bahalaşıb


Dünya 04 Mar 2019 21:10:00 211 0

ABŞ ilə Çin arasında uğurlu ticarət danışıqlarından sonra Asiya birjalarında səhmlər bahalaşıb

ABŞ ilə Çin arasında ticarət danışıqlarının uğurla başa çatması barədə xəbərlərdən sonra Asiya birjalarında fond indeksləri artıb. Vaşinqton ilə Pekin arasında bir ilə yaxın davam etmiş tarif müharibəsi hər iki ölkənin iqtisadiyyatına ciddi təsir göstərib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Asiya birjalarında səhmlərin bahalaşması əsas etibarilə Prezident Trampın bu günlərdə verdiyi bəyanatlarla bağlıdır. Tramp bildirib ki, ABŞ ilə Çin arasında ticarət danışıqları müsbət nəticə verə bilər. Pekin ilə ticarət danışıqlarında irəliləyiş əldə edildiyinə görə, Tramp ümumi dəyəri 200 milyard dollara bərabər olan Çin malları üçün martın 1-dən etibarən tariflərin 25 faiz artırılması planını təxirə salmağı qərara alıb.

"Wall Street Journal" nəşrində verilən məlumata görə, Vaşinqton Pekinə qarşı tariflərin çox hissəsini, bəlkə də bütün tarifləri ləğv edə bilər. ABŞ Prezidenti Donald Tramp ilə onun çinli həmkarı Si Cinpin arasında ticarət sazişinin imzalanması nəzərdə tutulan görüş bu ayın sonunda keçirilə bilər.