Trampdan "dolları zəiflədin" çağırışı


Dünya 04 Mar 2019 20:44:00 261 0

Trampdan "dolları zəiflədin" çağırışı

Birləşmiş Ştatlar prezidenti Donald Tramp ABŞ Mərkəzi Bankına (FED) qarşı tənqidlərini yeniləyib. 

Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, prezident FED-in sərt pul siyasətinin güclü dollara dəstək verdiyini və ABŞ-ın rəqabət gücünə zərər vurduğunu bildirib.

"FED-də çox güclü dolları sevən bir şəxs var. Mən də ölkəmiz üçün güclü bir dollar istəyirəm. Lakin bu, məqbul səviyyədə olmalıdır. Bizim ölkəmizin digər ölkələrlə rəqabət etməsini əngəlləyəcək qədər güclü bir dollar istəmirəm" - deyə Tramp vurğulayıb.