"Bizim yeni məhsullarımız insanların ağıllarını başlarından alacaq"


Digərləri 04 Mar 2019 20:49:00 221 0

"Bizim yeni məhsullarımız insanların ağıllarını başlarından alacaq"

Keçən həftənin cümə günündə Apple şirkətinin CEO-su Tim Cook Kupertinoda investorlarla görüş keçirdib və həmin görüşdə gələcək Apple məhsulları barəsində fikrilərini bildirib.

Son.az Technote-a istinadən bildirir ki, investorların qarşısında çıxışı zamanı Tim Cook Apple şirkətinin bugünki vəziyyəti və gələcəyi barəsində böyük optimistliyə sahib olduğunu bildirib. Bu barədə Gsmarena saytı xəbər verib. Tim Cook-un sözlərinə əsasən Apple şirkəti hal hazırda gələcək məhsullar üçün toxumlar səpməklə məşğuldur və həmin məhsullar insanların ağıllarını başlarından alacaq.

Detallı məlumatlar verməyən Tim Cook qeyd edib ki, şirkət fantastik məhsullar siyahısına sahibdir. Şayiələrə görə şirkət artıq bu il ikinci nəsil AirPods naqilsiz qulaqlıqlarını təqdim edəcək. Həmin qulaqlıqlarda tərtibatçılar səsin ötürülməsi özəlliyini yaxşılaşdıracaqlar və kənar səs-küyün boğulması texnologiyasını reallaşdıracaqlar.