Bakıda 21 yaşlı oğlan küçədə ölümcül bıçaqlandı


Kriminal 04 Mar 2019 20:34:00 243 0

Bakıda 21 yaşlı oğlan küçədə ölümcül bıçaqlandı

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Binəqədi rayonu ərazisində yerləşən "Tayqa" marketin yaxınlığında baş verib.

Həmin ərazidə 1998-ci il təvəllüdlü Rüstəmov Zaman Qərib oğlu çoxsaylı bıçaq xəsarətləri ilə ağır vəziyyətdə xəstəxanaya gətirilib.

Daxil olan məlumat əsasında aparılan araşdırma nəticəsində məlum olub ki, R.Zamanov şəxsi münasibətlər zəminində Əliyev Elxan Orxan oğlu tərəfindən bıçaqlanıb.