Dünyanı düşündürən sual:


Digərləri 04 Mar 2019 20:29:00 231 0

Dünyanı düşündürən sual:

Ümumdünya Səhiyyə Təşkilatı peyvəndin vurulmasının vacib olduğunu bildirsə də, bir çox dünya ölkələrində bu vaksin hələ də birmənalı qəbul edilmir. Uzun illərdir Azərbaycanda da peyvəndlə bağlı müzakirələr gedir. Həkimlər, pediatrlar peyvəndi məsləhət görsələr də, bəzi valideynlər könüllü şəkildə bundan imtina edirlər.

İsrailin Zehni və psixofiziki inkişaf pozğunluğu olan uşaqların müalicəsi və bərpası Mərkəzinin rəhbəri, həkim Lev Levit uşaqlara peyvənd vurdurmağın heç bir faydası olmadığını iddia etmişdi.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 2000-2015-ci illər ərzində dünyada qızılcadan ölüm 79 faiz azalıb. Qızılcadan ölüm hallarının azalmasına səbəb isə vaksinasiya olub.

Difteriyaya qarşı peyvənd tətbiq olunana qədər dünyada hər il 1 milyon insan difteriya xəstəliyi keçirib və onlardan 60 mini ölüb. Difteriya peyvəndindən sonra isə ölüm halları kəskin aşağı düşüb.

SSRİ-nin dağılmasından sonra, 1990-1997-ci illərdə MDB məkanında 157 min insan difteriyadan vəfat edib. Səbəb isə imperiyanın dağılması ərəfəsində vaksinasiyanın aparılmaması olub.

Ötən ilin sonu və bu ilin əvvəllərindən başlayaraq, qonşu Gürcüstanda və ölkəmizdə bütün yaş təbəqələri arasında qızılca xəstəliyi kəskin yayıldı. Pediatrlar, həkimlər də xəstəliyə kəskin yoluxmanın vaksindən imtina ilə əlaqədar olduğunu bildirdilər.

Azərbaycanda da peyvəndə münasibət fərqlidir. Ölkənin baş pediatrı Nəsib Quliyev peyvənddən imtina etməyin böyük risk olduğunu deyib.