Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə yaşayan azərbaycanlılara təşəkkür edir


Digərləri 04 Mar 2019 20:10:00 195 0

Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə yaşayan azərbaycanlılara təşəkkür edir

Xocalı soyqırımının 27-ci ildönümü bu il demək olar ki, dünyanın hər yerində geniş formada qeyd olunub.

Bakı. Xocalı soyqırımının 27-ci ildönümü bu il demək olar ki, dünyanın hər yerində geniş formada qeyd olunub. Xaricdə yaşayan azərbaycanlılar və Azərbaycanın diaspor təşkilatları 50-dən çox ölkədə 200-ə yaxın müxtəlif formatlı anım mərasimi təşkil edib. İlk dəfə 20-dən çox diaspor təşkilatı birləşərək Brüsseldə izdihamlı Ümumavropa Qarabağ mitinqi təşkil edib və Azərbaycanın haqq səsini dünyaya çatdırıblar.