İvanişvili onu “darmadağınla” hədələyib


Dünya 04 Mar 2019 20:09:00 233 0

İvanişvili onu “darmadağınla” hədələyib

Gürcüstan Daxili İşlər naziri Georgi Qaxariya "TBC Bank"ın Müşahidə Şurasının keçmiş sədri və bankın təsisçisi Mamuka Xazaradzeyə təhdid dolu məktub göndərib.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bunu parlamentdəki dinləmələr zamanı Xazaradzenin özü deyib. O, dinləmələr zamanı məktubun mətnini yayımlamaqdan imtina edib və məktubda nazirin ona bankın ölkə daxili və xaricində imicini darmadağın edəcəyini yazdığını bildirib. Xazaradze məktubu həmçinin ötənilki prezident seçkisinin ikinci turundan öncə aldığını deyib.

Qeyd edək ki, "TBC Bank" yanvarın əvvəlindən böyük skandalla üz-üzə qalıb. Belə ki, Gürcüstan Baş Prokurorluğu bankın 2008-ci ildə çirkli pulların yuyulmasıyla məşğul olduğunu bildirib. Bundan sonra Gürcüstan Mərkəzi Bankı "TBC Bank"dan Xazaradzeni Müşahidə Şurasının sədrliyindən çıxarmağı tələb edib.