Min illərin ölümsüzlük iksiri tapılıb


Digərləri 04 Mar 2019 19:39:00 211 0

Min illərin ölümsüzlük iksiri tapılıb

Çində arxeoloqlar içində məhlul olan bürünc küzə tapıblar. 

Son.az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, onlar bizim eramızdan əvvəl 202-ci il - bizim eranın 8-ci illərində hökmran olan Qərb Xan xanədanlığına aid tapıntını "ölümsüzlük iksiri" adlandırıblar.

Küzə Xenan əyalətinin Loyan şəhərində antik məzarlıqda qazıntılar zamanı tapılıb. Küzədə 3,5 litr miqdarında içki olub. Laboratoriya təhlillərinə görə, məhlulun tərkibi kalium nitrat və alunitdən ibarətdir.

Qədim Çində bu inqridentlərin insan ömrünü uzatdığı hesab edilirdi.

"Bu əfsanəvi tapıntı ölkəmizdə ilk dəfə aşkar edilib. Kəşf qədim metodları öyrənmək üçün çox əhəmiyyətlidir" - deyə Loyan Şi Tsiaçhen şəhərinin Mədəni İrs və Arxeologiya İnstitutunun rəhbəri bildirib.