Mübariz Qurbanlı: "Azərbaycanda din sahəsində problem yoxdur"


Digərləri 04 Mar 2019 19:04:00 255 0

Mübariz Qurbanlı: "Azərbaycanda din sahəsində problem yoxdur"

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində ABŞ-da fəaliyyət göstərən Etnik Anlaşma Fondu və "İqls Vinqs" təşkilatının üzvlərindən ibarət nümayəndə heyəti ilə görüş keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, görüşdə Mübariz Qurbanlı qonaqları salamlayıb.

M.Qurbanlı qonaqlara Azərbaycan haqqında, o cümlədən rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib.

Görüşdə komitə sədri Azərbaycanda din sahəsində mövcud vəziyyət, müxtəlif dini konfessiyaların birgə mövcudluğu haqqında danışıb.

O bildirib ki, Azərbaycanda 32 qeyri-müsəlman dini icması qeydiyyatdan keçib və fəaliyyət göstərir. Komitə sədrinin sözlərinə görə, Azərbaycanda dini fəaliyyətə qadağa qoyulmur:

"Azərbaycanda din sahəsində problem yoxdur, dini azadlıq tam şəkildə təmin olunur, tolerantlıq Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir".

M.Qurbanlı həmçinin Dağlıq Qarabağ münaqişəsi haqqında danışıb: