Aprelin ilk hərracı: 85 dövlət əmlakı özəlləşməyə çıxarıldı (FOTO)


Digərləri 04 Mar 2019 18:14:05 200 0

Aprelin ilk hərracı: 85 dövlət əmlakı özəlləşməyə çıxarıldı (FOTO)

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərraclardan biri 2 aprel tarixində keçiriləcək.

Bakı. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərraclardan biri 2 aprel tarixində keçiriləcək. Komitədən Trend-ə verilən məlumata görə, ayın ilk özəlləşdirmə hərracına ümumilikdə 85 dövlət əmlakı çıxarılıb. Onlardan 23-ü səhmdar cəmiyyəti, 29-u kiçik dövlət müəssisə və obyekti, 17-si qeyri-yaşayış sahəsi, 8-i yarımçıq tikili, 8-i isə nəqliyyat vasitəsidir. Özəlləşməyə çıxarılan səhmdar cəmiyyətləri Bakı, Yevlax, Ağcabədi ilə yanaşı, digər şəhər və rayonlarda yerləşir. Dövlətə məxsus səhm hissələrinin özəlləşməyə çıxarıldığı səhmdar cəmiyyətləri nəqliyyat, kəndkimya, inşaat kimi müxtəlif iqtisadi sahələrə aiddir. Qeyd edək ki, hərraca “Kürdəmir Kəndkimya”, “Neftçala Ət”, “Tovuz Məişət“ kimi səhmdar cəmiyyətlərinin 30%-45%-lik səhm paketləri çıxarılıb.