İranla Ermənistan arasında 300dən çox adda məhsul idxal və ixrac olunacaq


Dünya 04 Mar 2019 18:09:00 265 0

İranla Ermənistan arasında 300dən çox adda məhsul idxal və ixrac olunacaq

Sərbəst ticarətə dair razılaşma ratifikasiya olunduqdan sonra İranla Ermənistan arasında 300-dən çox adda məhsul idxal və ixrac olunacaq.

Son.az Report-a istinadən xəbər verir ki, bunu Ermənistanın iqtisadi inkişaf və sərmayə üzrə naziri Tiqran Xaçatryan martın 4-də jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu zaman sərhəddə çox cüzi məbləğdə rüsum ödəniləcək.