Celta-da məşqçi dəyişikliyi


İdman 04 Mar 2019 16:50:00 209 0

Celta-da məşqçi dəyişikliyi

Celta yeni baş məşqçisinin adını açıqlayıb.

Goal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi postuna Fran Eskriba gətirilib. İspaniyalı mütəxəssis istefaya göndərilən portuqaliyalı Migel Kardozunu əvəzləyib. Eskriba karyerası ərzində bir sıra klublarda assisent kimi çalışıb. 2016/17 mövsümünddə Villarreal-ın baş məşqçisi olib.

Celta hazırda turnir cədvəlində təhlükəli zonaya yaxındır. 26 turdan sonra 25 xalla 17-ci yeri tutur. Son 10 matçın 8-də məğlub olub.