Azərbaycan Beynəlxalq Bankından xanımlara bayram endirimi


Digərləri 04 Mar 2019 16:21:00 184 0

Azərbaycan Beynəlxalq Bankından xanımlara bayram endirimi

Azərbaycan Beynəlxalq Bankı xanımların 8 Mart Beynəlxalq Qadınlar Gününü özəl kampaniya ilə təbrik edir. 4 mart tarixindən 7 mart tarixinə qədər bankdan plastik kart sifariş edən hər bir xanım müştəri kampaniyanın üstünlüklərindən faydalanacaq. Belə ki, VISA Gold, MasterCard Gold, Union Pay Gold kartlarını xanımlar bankdan cəmi 8 manata əldə edə biləcəklər. Kampaniya üzrə endirimli tariflər həm yeni açılmış, həm də müddəti uzadılan VİSA Gold, Mastercard Gold və Union Pay Gold kartlarına şamil olunur.

Sürprizlər bununla da bitmir. Kampaniya dövründə sifariş edilən və hədiyyə kart üçün açılmış hesaba 88 ş.v (kartın valyutasından asılı olaraq AZN/USD) mədaxil edən qadın müştərilərə AMEX Green kartı 1 illik müddətə hədiyyə olunacaq. AMEX Green kartına eyni hesaba bağlı və müştərinin öz adına əlavə Mastercard Gold kartı da 1 illik müddətə pulsuz təqdim ediləcək.