Pakistanın Baş naziri özünü Nobel Sülh Mükafatına layiq görmür


Dünya 04 Mar 2019 16:04:00 274 0

Pakistanın Baş naziri özünü Nobel Sülh Mükafatına layiq görmür

Özümü Nobel Sülh Mükfatına layiq görmürəm.

Son.az report-a istinadən xəbər verir ki, bunu Pakistanın Baş naziri İmran Xan Nobel Sülh Mükafatına layiq görülməsi üçün namizədliyinin irəli sürülməsi barədə imzatoplama kampaniyasını şərh edərkən bildirib.

"Kəşmir problemini bölgə sakinlərinin tələblərinə uyğun həll edib onun qapılarını dünyaya açan, ərazini inkişaf etdirən Nobel mükafatına layiq görülməlidir", - o vurğulayıb.