Juventus agentlərə milyonlar xərcləyir


İdman 04 Mar 2019 15:50:00 316 0

Juventus agentlərə milyonlar xərcləyir

İtaliyanın Tuttosport nəşri Juventus-un 2018/19 mövsümündə agentlərə ödədiyi pulun məbləğini açıqlayıb.

Goal.az nəşrin dərc etdiyi materiallara istinadən xəbər verir ki, “Qoca senyora” transferlərə görə agentlərə ümumilikdə 37 milyon avro ödəyib. Ötən il Liverpool-dan transfer olunan yarımmüdafiəçi Əmrə Canın agenti hamıdan çox qazanıb. Agent keçiddən 15,9 milyon avro əldə edib. Kriştiano Ronaldonun Real-dan Turin təmsilçisinə keçidinə vasitəçilik edən Jorje Mendeş siyahıda ikincidir. Hücumçunun 100 milyon avroluq transferindən Mendeşə 11,5 milyon avro çatıb. İlk “üçlüyü” Juventus-un yarımmüdafiəçisi Miralem Pyaniçin agenti qapayır. Futbolçunun klubla sövdələşməsinin uzadılmasına yardımçı olan agent 2,2 milyon avro alıb.