“Türk Hava Yolları” səyahət rahatlığını dəyişir (FOTO)


Digərləri 04 Mar 2019 15:49:00 186 0

“Türk Hava Yolları” səyahət rahatlığını dəyişir (FOTO)

Qonaqlarını unudulmaz səyahət təcrübəsi ilə təmin edən “Türk Hava Yolları” aviaşirkəti sərnişinlər üçün yeni dizaynda “Yataq dəsti” təqdim edib.

Bakı. Qonaqlarını unudulmaz səyahət təcrübəsi ilə təmin edən “Türk Hava Yolları” aviaşirkəti sərnişinlər üçün yeni dizaynda “Yataq dəsti” təqdim edib. Aviaşirkətdən Trend-ə verilən məlumata görə, yeni yataq kolleksiyası biznes sinif sərnişinlərinə buludların üzərində olarkən özlərini evdəki kimi hiss etmələrini təmin edəcək. “Türk Hava Yolları” və “Zorlu Tekstil” şirkətlərinin uğurlu əməkdaşlığı nəticəsində nüfuzlu dizaynerlərin imzasını daşıyan kolleksiyanın məqsədi yatmaq üçün sağlam və yüksək keyfiyyətli mühit yaratmaqdır.