Zaur özü də bilmədən Elməddinin sirrini açdı


Şou-biznes 04 Mar 2019 15:45:00 302 0

Zaur özü də bilmədən Elməddinin sirrini açdı

Aparıcı Zaur Baxşəliyev xalq artisti Könül Xasıyevanın məclisdə ovcuna pul qoyulmasına münasibət bildirib.

Son.az axşam.az-a istinadən bildirir ki, aparıcı bildirib ki, bu cür hallara normal baxır:

"Bir dəfə Günayla məni aparıcı kimi toya çağırdılar. Çox mötəbər insan olduğu üçün razılaşdıq. Həm də çox, hədsiz çox qonorar verdilər. Sonra bir dəfə də Elməddin Cəfərovla Moskvaya toya getdim. Orada çıxış etdim, heç nə olmadı. Amma oynayanda ovcumu doldurdular. Dedim, daha niyə danışıram, elə oynayım da".