“Bank Respublika”dan sahibkarlara Od çərşənbəsində xüsusi təklif


Digərləri 04 Mar 2019 15:36:05 185 0

“Bank Respublika”dan sahibkarlara Od çərşənbəsində xüsusi təklif

Bank Respublika milli bayramımız olan Novruz bayramı münasibətilə başladığı “Qazandıran çərşənbələr” kampaniyasınа davam edir.

Bakı. Bank Respublika milli bayramımız olan Novruz bayramı münasibətilə başladığı “Qazandıran çərşənbələr” kampaniyasınа davam edir. Bank Respublikadan Trend-ə verilən məlumata görə, ikinci çərşənbə olan - Od çərşənbəsində, Bank mövcud bizneslərini genişləndirməyi düşünən iş adamları və fərdi sahibkarları sevindirəcək. Belə ki, Bank yalnız bir gün 5 mart tarixində, Mikro və Aqro kreditlərin rəsmiləşdirmə komissiyasında 50% ENDİRİM tətbiq edəcək. Bundan başqa, iş adamları 50.000 manatadək mikro kreditləri 12%-dən başlayan faiz dərəcəsi ilə əldə etmək imkanı qazanacaq! Kredit ticarət, kənd təsərrüfatı, xidmət, istehsal və tikinti sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamlarına təqdim olunacaq.