Azərbaycanda köhnə meyvə sortları bərpa oluna bilər


Digərləri 04 Mar 2019 15:18:00 317 0

Azərbaycanda köhnə meyvə sortları bərpa oluna bilər

Qubanın bəzi alma, eləcə də digər meyvə sortlarının yenidən bərpa edilməsi nəzərdə tutulur.

Son.az Trend-ə istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mütəxəssisi Rəhim İbrahimov bildirib ki, hazırda daha çox ehtiyac duyulan meyvə sortlarının bərpası üçün məsləhətləşmələr aparılır.

R.İbrahimov deyib ki, ekoloji cəhətdən təmiz, yerli bitmə şəraitinə uyğun yeni meyvə sortları da yetişdirmək niyyətindədilər.