Rezidenturaya qəbulla bağlı sınaq imtahanı keçiriləcək


Digərləri 04 Mar 2019 14:33:00 321 0

Rezidenturaya qəbulla bağlı sınaq imtahanı keçiriləcək

Rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndiriliməsi) üzrə sınaq imtahanı keçiriləcəkdir.

Dövlət İmtahan Mərkəzindən Son.az-a verilən məlumata görə, sınaq imtahanında iştirak etmək istəyənlər 05 mart saat 10.00-dan 15 mart saat 17.00-dək DİM-in internet saytında qeydiyyatdan keçərək imtahana yazıla bilərlər.

Sınaq imtahanı 16 mart 2019-cu il tarixində DİM-in Nəsimi rayonu, A. Salamzadə küç., 28 ünvanında yerləşən binasında (Bakı Asiya Universitetinin binası) kompüter vasitəsilə elektron formada keçiriləcək və saat 10:00-da başlayacaq.