Əcnəbi gəncin Azərbaycan dilində ifası


Digərləri 04 Mar 2019 14:11:29 219 0

Əcnəbi gəncin Azərbaycan dilində ifası

Aşıq Samirə Mədəniyyət və İncəsənət Universitetində aşıq sənətinin sirlərini ondan öyrənən amerikalı tələbəsi Villiam ilə "Zaurla Günaydın"ın qonağı olub.

Son.az xəbər verir ki, əcnəbi gəncin Samirə ilə saz ifa edə-edə Azərbaycan folklor musiqisini efirdə ifa etməsi həmin verilişdəki digər qonaqları, həm də ekran qarşısında əyləşən tamaşaçıları məəttəl qoyub.

Eyni verilişdə qonaq olan xalq artistləri Nazpəri Dostəliyeva və Könül Xasıyeva da Villiamın ifasını böyük təəccüblə qarşılayıblar.

Qeyd edək ki, Villiam ABŞ-ın Şimali Korolina ştatındandır.