Problemli kreditlərlə bağlı “Qaynar xətt” yaradılacaq


Digərləri 04 Mar 2019 14:12:19 270 0

Problemli kreditlərlə bağlı “Qaynar xətt” yaradılacaq

Maliyyə Nazirliyində vətəndaşların problemli kreditlərlə bağlı müraciətlərini cavablandırmaq üçün "Qaynar xətt" yaradılacaq.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə maliyyə naziri Samir Şərifov jurnalistlərə müsahibəsində deyib.

Nazir qeyd edib ki, Maliyyə Nazirliyinin mövcud internet portalında bu məsələ ilə bağlı xüsusi bölmə yaradılıb. Prezidentin fərmanında ödənişlərlə məşğul olmaq Maliyyə Nazirliyinə tapşırılıb və təşkilatlar qarşısında 45 gün müddət qoyulub.