Tanınmış yazıçı Afaq Məsudun kitabı Gürcüstanda nəşr olundu


Digərləri 04 Mar 2019 14:13:06 238 0

Tanınmış yazıçı Afaq Məsudun kitabı Gürcüstanda nəşr olundu

Tanınmış Azərbaycan yazıçısı Afaq Məsudun kitabı Gürcüstanda nəşr olunub.

Bakı. Tanınmış Azərbaycan yazıçısı Afaq Məsudun kitabı Gürcüstanda nəşr olunub. Trend-in məlumatına görə, Gürcüstan Yazıçılar Birliyinin dəstəyi ilə “Merani” nəşriyyatı tərəfindən ərsəyə gətirilmiş kitaba yazıçının müxtəlif illərdə qələmə aldığı “Qəza”, “II İoann”, “Gecə”, “Şənbə gecəsi”, “Uydurma”, “Qu quşu”, “Kirxa”, “Dovşanın ölümü” kimi hekayələri və “Azadlıq” romanı daxil edilib. Kitabın redaktoru və ön sözünün müəllifi tanınmış şair, “İlya Çavçavadze” mükafatı laureatı, Gürcüstan Yazıçılar Birliyinin sədri Bağater Arabulidir. “Azadlıq” romanını müasir dünya ədəbiyyatının ən uğurlu əsərlərindən biri kimi qiymətləndirən Bağater Arabuli yazır: