Azərbaycanda intellektual kapitalın yaradılmasına dəstək


Digərləri 04 Mar 2019 14:08:00 251 0

Azərbaycanda intellektual kapitalın yaradılmasına dəstək

Bu gün BP Azərbaycanda tələbələr arasında keçirilən innovativ texnologiya və biznes ideyalarının və startapların təşviqinə yönəlmiş müsabiqəyə dəstək verdiyini elan edib.

Bakı. Bu gün BP Azərbaycanda tələbələr arasında keçirilən innovativ texnologiya və biznes ideyalarının və startapların təşviqinə yönəlmiş müsabiqəyə dəstək verdiyini elan edib. BP-dən Trend-ə verilən məlumata görə, innovativ texnosahibkarlıq konsepsiyalarının və layihələrinin inkişafına dəstək olaraq hər il Bakı Mühəndislik Universitetinin təşkilatçılığı ilə “Yeni Fikir” startap müsabiqəsi keçirilir. Bu, 6-cı müsabiqədir və iki əsas məqsəd daşıyır – a) yeni ideyaların və layihələrin formalaşması və inkişafı; və b) mövcud startapların güclənməsi və təkmilləşməsi. Bu məqsədlərə nail olmaq üçün BP-nin maliyyələşdirdiyi layihə çərçivəsində müsabiqədən əvvəl və sonra mentorluq, təlimlər və seminarlar kimi bir sıra fəaliyyətlərin həyata keçirilməsi planlaşdırılır. BP həmçinin müsabiqə iştirakçılarının komanda şəklində işləyərək yeni ideyalar formalaşdıra bilməsi və inkişaf edərək uğurlu startap layihələrinə çevrilə bilməsi üçün rəqəmsal avadanlıqlar və proqram təminatı ilə təchiz edilmiş İnkubasiya və Akselerasiya Mərkəzi də yaradacaq. Müsabiqədə beş ən yaxşı ideya və layihə seçilərək qalib elan ediləcək və bu qalib komandalar xüsusi hazırlanmış inkubasiya və akselerasiya proqramları vasitəsilə BP-nin maliyyə dəstəyini almağa davam edəcək və öz startaplarını uğurlu sahibkarlıq imkanlarına doğru inkişaf etdirəcək.