Bayılda sürüşmə zonası ilə bağlı son vəziyyət açıqlandı


Digərləri 04 Mar 2019 13:59:00 252 0

Bayılda sürüşmə zonası ilə bağlı son vəziyyət açıqlandı

Bayıl yamacında ötən ilin fevral ayında baş vermiş sürüşmə hadisəsindən sonra dövlət qurumları tərəfindən burada müvafiq tədbirlər həyata keçirilib. İlk növbədə, yararsız hala düşmüş 6 evin sahiblərinə müvafiq kompensasiya, təhlükə zonasındakı 98 evin sahiblərinə 11 aylıq kirayə haqları ödənilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Səbail Rayon İcra Hakimiyyəti başçısının 2 saylı Ərazi nümayəndəliyinin rəhbəri Mübariz Güləhmədov bildirib.

M.Güləhmədov qeyd edib ki, sürüşmə zonasında yerli və xarıcı mütəxəssislərin iştirakı ilə araşdırmalar aparılıb və hazırda bu işlər davam etdirilir:

"Bu ərazidə ötən əsrin 70-90-cı illərində tikilən fərdi yaşayış evlərinin, demək olar ki, böyük əksəriyyəti sənədsiz, qeyri-qanuni tikililərdir. Sakinlərin tikililərə dair heç bir mülkiyyət sənədi və ünvana qeydiyyatları yoxdur. Sonradan 90-cı illərdə isə burada 27 məcburi köçkün ailəsi məskunlaşıb".