Dollar kreditinə olan güzəşti belə hesablaya bilərsiz


Digərləri 04 Mar 2019 13:45:24 229 0

Dollar kreditinə olan güzəşti belə hesablaya bilərsiz

Maliyyə Bazarlarına Nəzarət Palatası fiziki şəxslərin əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar güzəşt kalkulyatorunu tərtib edib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, müştərilər həmin kalkulyatordan istifadə edərək məbləği hesablaya bilərlər. 

Qeyd edək ki, güzəşt məbləği, ilk növbədə, fiziki şəxsin fəaliyyətdə olan və lisenziyası ləğv olunmuş bütün bank və bank olmayan kredit təşkilatları (kredit ittifaqları istisna olmaqla) qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilir, qalan məbləğ isə həmin fiziki şəxsin sərəncamına verilir.