Sabah Bakıda fleşmob keçiriləcək


Digərləri 04 Mar 2019 13:47:00 217 0

Sabah Bakıda fleşmob keçiriləcək

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tütünçəkmə əleyhinə "Həyatınızı külə yox, gülə çevirin!" adlı aksiya keçirəcək.

Son.az xəbər verir ki, mərkəzdən Trend-ə verilən məlumata görə, tütünçəkmə ilə mübarizə sahəsində maarifləndirmə işinin gücləndirilməsi məqsədi ilə sabah saat 17.00-18.00-da Fəvvarələr meydanında "Həyatınızı külə yox, gülə çevirin!" adlı aksiya olacaq.

Aksiya çərçivəsində Azərbaycan Tibb Universitetinin tələbələrinin ifasında tütün əleyhinə fleşmob keçiriləcək.