“Martın əvvəlində birinci yer nəyimə lazımdır? - Klopp


İdman 04 Mar 2019 13:47:00 270 0

“Martın əvvəlində birinci yer nəyimə lazımdır? - Klopp

Liverpool-un baş məşqçisi Yurgen Klopp İngiltərə çempionatının 29-cu turunda Everton-la oyundan sonra (0:0) Manchester City-nin Premyer Liqada liderliyinə münasibət bildirib.

Goal.az xəbər verir ki, çalışdırıcı hər şeyə mövsümün sonunda aydınlıq gətiriləcəyini deyib.

“Martın əvvəlində birinci yer nəyimə lazımdır? Mövsümün sonunu gözləyin. Düzü, Manchester City-nin cəmi bir xal geridə olması diqqətimizdən yayınmışdı. İndi bizi qabaqlayırlar. Qorxulu bir şey yoxdur. Dediyim kimi, mövsümün sonunda kimin güclü olduğunu biləcəyik. Qvardiolanın klubu indi sevinir. Olsun. Təqibdən xoşum gəlir. Lazım olanda önə keçmək çətin olmayacaq”,- Klopp deyib.