Azərbaycan və Səudiyyə Ərəbistanı iqtisadiyyat və ticarət sahələrində əməkdaşlığı genişləndirəcək FOTO


Digərləri 04 Mar 2019 13:31:00 241 0

Azərbaycan və Səudiyyə Ərəbistanı iqtisadiyyat və ticarət sahələrində əməkdaşlığı genişləndirəcək  FOTO

Azərbaycan və Səudiyyə Ərəbistanı iqtisadiyyat və ticarət sahələrində investisiya əməkdaşlığının genişləndirilməsi barədə protokol imzalayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, sənəd Azərbaycan-Səudiyyə Ərəbistanı hökumətlərarası komissiyasının beşinci iclası çərçivəsində imzalanıb.

Sənədi Azərbaycan tərəfindən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Səudiyyə Ərəbistanı tərəfindən Baş İnvestisiya İdarəsinin rəhbəri İbrahim bin Əbdülrəhman əl-Ömər imzalayıb.