Bakıda “Hindistanın ən yaxşıları” adlı sərgi keçiriləcək


Digərləri 04 Mar 2019 13:30:00 192 0

Bakıda “Hindistanın ən yaxşıları” adlı sərgi keçiriləcək

Hindistanın PHD Ticarət və Sənaye Palatası (PHDCCI) Hindistanın Bakıdakı səfirliyinin dəstəyi ilə “Hindistanın ən yaxşıları” - ən böyük eksklüziv Hindistan Məhsulları Ticarət Tədbiri”nin ikinci buraxılışını təşkil edəcək.

Bakı. 7-17 mart tarixlərində səhər saat 10.00-dan axşam saat 18.00-a kimi Bakı İdman Sarayında (Neftçilər prospekti 26a, Bakı, Azərbaycan) Hindistanın PHD Ticarət və Sənaye Palatası (PHDCCI) Hindistanın Bakıdakı səfirliyinin dəstəyi ilə “Hindistanın ən yaxşıları” - ən böyük eksklüziv Hindistan Məhsulları Ticarət Tədbiri”nin ikinci buraxılışını təşkil edəcək. Xarici ölkələrdə keçirilmiş sərgilər Hindistan sənayesinin yüksək keyfiyyətli məhsullarını, müxtəlif sənaye sahələrinə aid xidmətlər və texnologiyaları davamlı şəkildə dünyaya təqdim etmişdir. "Hindistanın ən yaxşıları” - ən böyük eksklüziv Hindistan Məhsulları Ticarət Tədbirində elektrik & elektronika, velosiped, düyü, çay, ədviyyatlar, qablaşdırma, əczaçılıq, hədiyyələr & sənətkarlıq məhsulları, dəftərxana ləvazimatı, ev mebeli, tekstil & geyim, zinət əşyaları da daxil olmaqla yüksək keyfiyyətli məhsul və xidmətlər sərgiləyən 75 Hindistan şirkəti iştirak edəcəkdir. Bu sərgi Hindistan və Azərbaycan arasında mövcud olan qarşılıqlı biznes əməkdaşlığı çərçivəsində həyata keçirilir və Hindistan Ticarət və Sənaye Nazirliyi tərəfindən dəstəklənir.