"Avtolüks Azərbaycan" MMC Bakıda yeni müasir "Jaguar Land Rover" mərkəzi açır


Digərləri 04 Mar 2019 13:25:00 235 0

"Avtolüks Azərbaycan" MMC Bakıda yeni müasir "Jaguar Land Rover" mərkəzi açır

"Jaguar Land Rover" avtomobillərinin Azərbaycanda rəsmi dileri olan "Avtolüks Azərbaycan" MMC Bakıda yerli müştərilərə satış, texniki xidmət və satışsonrası xidmətlər göstərməyə hazır olan yeni mərkəzin açılışı ilə ölkədə olan fəaliyyətini genişləndirməyə davam edir.

"Jaguar Land Rover" Yaxın Şərq və Şimali Afrika (MENA) pərakəndə satış (riteyl) şəbəkəsinin tərkib hissəsi olan "Avtolüks Azərbaycan" MMC hər iki brendin Azərbaycanda mövqeyinin möhkəmləndirilməsi və inkişafında mühüm rol oynayır və bazarda iştirakını daha da genişləndirməyə hazırlaşır. Bakıda, Aşıq Molla Cümə küçəsində yerləşən yeni mərkəz ölkənin ən iri şəhərinin mərkəzində "Jaguar" və "Land Rover" müştərilərinə yüksək səviyyəli xidmət göstərəcək.

4960 kvadratmetr sahəsi olan müasir mərkəz "Jaguar Land Rover" brendinin bütün dünyada "Jaguar Land Rover" pərakəndə satış (riteyl) sahələrinə uyğun olan yeni korporativ üslubunu əks etdirən qlobal ARCH standartı əsasında inşa edilib. Bu standart müştərilərə ən yüksək səviyyəli müştəri təcrübələrinin yaşadılması üçün canlı və qonaqpərvər ab-havanı gözoxşayan memarlıq və heyrətamiz dizayn konsepsiya ilə bir araya gətirir.

"Jaguar Land Rover" MENA-nın regional diler şəbəkəsinin inkişafı üzrə direktoru Justin Weaving yeni avtosalonun açılması haqqında fikirlərini bildirdi:

"Yerli pərakəndə satış (riteyl) tərəfdaşımızın göstərdiyi böyük səylərin sayəsində "Jaguar Land Rover" brendi Azərbaycan bazarında yerini möhkəmləndirir. "Avtolüks Azərbaycan" MMC-nin  ölkədə bu cür möhtəşəm "Jaguar Land Rover ARCH" mərkəzini açması ilə qürur duyuruq. Bu mərkəz brendimizin illər boyunca hər zaman xidmət standartlarının mükəmməlliyinə doğru can atmasından xəbər verir".

"Avtolüks Azərbaycan" şirkətinin baş direktoru Mark Pocock bildirdi ki, "Biz Azərbaycanın avtomobil sənayesinin nüfuzlu və etibarlı nümayəndəsiyik, çünki biz hər zaman tələbkar müştərilərimizə ən yüksək keyfiyyətli məhsul və xidmətlər təqdim etməyə çalışmışıq".


Xəbərə aid fotolar