Azərbaycanda uzunömürlülüyün ən çox və ən az qeydə alındığı ərazilərin ADLARI


Digərləri 04 Mar 2019 13:29:00 258 0

Azərbaycanda uzunömürlülüyün ən çox və ən az qeydə alındığı ərazilərin ADLARI

Azərbaycan Milli Elmlər Akademiyası Fiziologiya İnstitutu uzunömürlülük indeksinin aşağı və yüksək olduğu ərazilərin adlarını açıqlayıb.

Son.az xəbər verir ki, Fiziologiya İnstitutunun Uzunömürlülüyün fiziologiyası laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Sevinc Hüseynova Trend-ə deyib ki, Azərbaycandaən yüksək uzunömürlülük indeksi cənub bölgəsi və Dağlıq Qarabağ rayonlarında qeydə alınır. Uzunömürlülük indeksinin aşağı olduğu ərazilər isə Mingəçevir, Abşeron yarımadası, Göyçay, Ucardır:

"Elə hesab edilir ki, Qəbələ Radiolakasiya Stansiyası (RLS) Qəbələ əhalisinin sağlamlığına təsir edir. Bu, əslində səhv fikirdir. Qəbələ rayonu RLS-in arxa hissəsindədir, stansiyanın əsas - ön hissəsi Uçar, Ağdaş, Göyçay rayonlarına doğru olduğundan şüalanma bu ərazilərə düşür. RLS intensiv işləyəndə Qəbələnin İsmayıllıya yaxın kəndlərində uzunömürlülük indeksi aşağı düşürdü. İvanovka kəndinin sakinləri də RLS-in fəaliyyətindən narazı idilər. İndi RLS-in fəaliyyəti dayandığından İvanovkada uzunömürlülük indeksi artıb".

S.Hüseynova qeyd edib ki, uzunömürlülük nəsillə davam edə bilsə də, ekoloji amillərin də təsiri var: