8 yaşlı qızın mədəsindən 1 kqlıq tük topası çıxdı FOTO


Dünya 04 Mar 2019 12:25:00 244 0

8 yaşlı qızın mədəsindən 1 kqlıq tük topası çıxdı  FOTO

8 yaşlı qızın mədəsindən 1 kiloqram 300 qramlıq tük topası çıxıb.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, qarın ağrısı ilə xəstəxanaya müraciət edən qızın mədəsindən tük topası çıxarılıb.

Hadisə Çinin Guanqdonq vilayətində baş verib.

Məlum olub ki, qız 2 yaşından bəri saçını dartıb, udurmuş. O, anasına bu vərdişini tərgidəcəyi barədə söz versə də, vədinə əməl etməyib.


Xəbərə aid fotolar