Dövlət Departamenti: "ABŞ əvvəlki kimi Dağlıq Qarabağ münaqişəsi tərəflərinə həll yollarının axtarışına kömək etməyə sadiqdir"


Siyasət 04 Mar 2019 11:51:00 229 0

Dövlət Departamenti: "ABŞ əvvəlki kimi Dağlıq Qarabağ münaqişəsi tərəflərinə həll yollarının axtarışına kömək etməyə sadiqdir"

ABŞ əvvəlki kimi Dağlıq Qarabağ münaqişəsi tərəflərinə problemin dinc həlli yollarının axtarışına kömək etməyə sadiqdir.

Son.az xəbər verir ki, bu barədə Trend-ə ABŞ Dövlət Departamentindən bildiriblər.

Dövlət Departamentindən ATƏT-in Minsk qrupunun həmsədrlərinin sonuncu bəyanatına əsaslanaraq qeyd olunub ki, Birləşmiş Ştatlar həmsədr kimi, tərəflərə Dağlıq Qarabağ münaqişəsinin dinc və davamlı həlli yollarını tapmağa kömək etmək işinə sadiq olaraq qalır.