Bu gün Azərbaycan, Gürcüstan, Türkmənistan və Rumıniyanın XİN başçıları görüşəcək


Siyasət 04 Mar 2019 11:04:00 220 0

Bu gün Azərbaycan, Gürcüstan, Türkmənistan və Rumıniyanın XİN başçıları görüşəcək

Bu gün Buxarest şəhərində Gürcüstan, Rumıniya, Azərbaycan və Türkmənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək.

Son.az report-a istinadən xəbər verir ki, Azərbaycanın XİN başçısı Elmar Məmmədyarov toplantıda iştirak edəcək. 

Dördtərəfli görüşdə Qara dəniz-Xəzər dənizi nəqliyyat dəhlizinin inkişaf perspektivləri müzakirə olunacaq.

Tərəflər arasında birgə bəyannamənin imzalanacağı gözlənilir. Sənəddə bölgədə yeni nəqliyyat dəhlizlərinin inkişafı üçün dörd ölkənin siyasi iradəsi öz əksini tapacaq.