Maaş nə qədər artıb?


Digərləri 04 Mar 2019 10:45:00 213 0

Maaş nə qədər artıb?

Nazirlər Kabinetinin Aparat rəhbəri Xələf Xələfov dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA-nın), AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan elmi müəssisə və təşkilatlar istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəlini təsdiq edib.

Son.az qafqazinfo-ya istinadən xəbərə verir ki, qərarın, həmçinin 2 nömrəli əlavəsində Milli Elmlər Akademiyasının (AMEA-nın), AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən elmi müəssisə və təşkilatlarda çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli də təsdiq edilib.


Xəbərə aid fotolar