Azərbaycanda yeraltı su ehtiyatlarından istifadə edilə bilər, əgər... ETSN


Digərləri 04 Mar 2019 10:36:00 217 0

Azərbaycanda yeraltı su ehtiyatlarından istifadə edilə bilər, əgər...  ETSN

Azərbaycanda yerüstü suların çirklənməsi zamanı yeraltı su ehtiyatlarından istifadə edilə bilər. Buna mövcud yeraltı su ehtiyatlarının həcmi imkan verir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin sektor müdiri Mütəllim Əbdülhəsənov deyib.

Onun sözlərinə görə, Azərbaycanın yeraltı su ehtiyatları 8 milyard kub metr həcmində qiymətləndirilir:

"Bu, az göstərici deyil. Yəni bu gün istehlak etdiyimiz qədər yeraltı su ehtiyatımız var. Bu su ehtiyatları gələcəkdə bizim üçün yerüstü su ehtiyatlarının çatışmazlığı ilə bağlı çətinlik yarandığı təqdirdə, ondan istifadə etməyə imkan yaradır. Çünki bizim yeraltı sularımız təmiz və istifadə üçün tam yararlıdır".

M.Əbdülhəsənov qeyd edib ki, bu gün yeraltı su ehtiyatının az hissəsi istifadə edilir.