ABŞı tornadolar və qasırğalar vurdu:


Dünya 04 Mar 2019 09:58:15 206 0

ABŞı tornadolar və qasırğalar vurdu:

ABŞ-ın Alabama və Corciya ştatlarını vurmuş tornado nəticəsində 23 nəfər həlak olub.

Həlak olanlar arasında 6 yaşlı uşaq da var. 40 nəfər müxtəlif travmalarla hospitallara yerləşdirilib.

Yaralıların əksəriyyəti Boreqar bölgəsinin sakinləridir.

Son.az WSFA-ya istinadən bildirir ki, Alabama ştatındakı Li bölgəsini isə bir saatda iki tornado vurub. Boreqar şəhərində 8 yaşlı uşaq həlak olub.

150 xilasedici yaralıları axtarır.

Yufola şəhərində aeroport və yanğınsöndürmə stansiyası darmadağın olub. Onlarla ev dağılıb, 10 mindən artıq elektroenerji təminatından məhrum qalıb.

Corciya, Florida və Cənubi Karolina ştatlarında da qasırğalar tüğyan edib. Tələfat olmasa da, şəhər infrastrukturuna ciddi ziyan dəyib.