Azərbaycan atleti Avropa çempionu oldu


Digərləri 04 Mar 2019 09:57:00 197 0

Azərbaycan atleti Avropa çempionu oldu

Azərbaycan atleti Nazim Babayev Avropa çempionu olub.

Bakı. Azərbaycan atleti Nazim Babayev Avropa çempionu olub. Trend-in məlumatına görə, idmançımız Şotlandiyanın Qlazqo şəhərində keçirilən yüngül atletika üzrə Avropa çempionatında üç təkanla uzunluğa tullanma yarışında 17.29 nəticə göstərərək qızıl medal qazanıb. Portqaliyalı Nelson Evora 2-ci (17.11), alman Maks Hess isə 3-cü (17.10) olub.