Çinin nəqliyyat naziri: Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunu dəstəkləyirik (FOTO)


Digərləri 04 Mar 2019 09:39:26 234 0

Çinin nəqliyyat naziri: Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunu dəstəkləyirik (FOTO)

Çin Xalq Respublikasına səfər çərçivəsində iqtisadiyyat naziri, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti bir sıra görüşlər keçirib.

Bakı. Çin Xalq Respublikasına səfər çərçivəsində iqtisadiyyat naziri, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti bir sıra görüşlər keçirib. İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının Sədri cənab Si Cinpin arasında qarşılıqlı hörmətə və etimada əsaslanan münasibətlərin ölkələrimiz arasında fəal dialoqun əsasını təşkil etdiyi və ikitərəfli əməkdaşlığın bütün sahələrdə genişləndirilməsində mühüm rolu vurğulanıb. Qeyd edilib ki, dövlət başçılarının siyasi iradəsi ikitərəfli əməkdaşlığın inkişafında əsas hərəkətverici qüvvədir. Çinin nəqliyyat naziri Li Siaopenlə görüşdə Azərbaycanın Çin ilə digər sahələrlə yanaşı, nəqliyyat-tranzit əməkdaşlığına xüsusi əhəmiyyət verdiyi və əlaqələrin inkişafında maraqlı olduğu diqqətə çatdırılıb, nəqliyyat-tranzit əlaqələrimizin qədim tarixi, xalqlarımızın İpək Yolu vasitəsilə sıx ticarət və humanitar əlaqələrə malik olduğu qeyd edilib. Vurğulanıb ki, Azərbaycan “Bir Kəmər, Bir Yol” Təşəbbüsü üzərində yerləşən ölkələrlə əməkdaşlığı genişləndirərək Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı istiqamətində davamlı fəaliyyət həyata keçirir. Çin tərəfi də öz növbəsində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunu dəstəklədiyini bildirib.