Danford və Gerasimov Vyanada görüşəcəklər


Dünya 04 Mar 2019 08:42:00 213 0

Danford və Gerasimov Vyanada görüşəcəklər

Martın 4-ü Vyanada Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və ABŞ qərargah rəisləri komitəsinin sədri Cozef Danford arasında görüş keçiriləcək.

Trend-in "TASS"A istinadən verdiyi məlumata görə, bu barədə ABŞ qərargah rəisləri komitəsinin rəsmi nümayəndəsi polkovnik Patrik Rayder bildirib.

P.Rayder deyib: "Qərargah rəisləri komitəsinin sədri Cozef Danford Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimov ilə martın 4-ü Avstriyanın Vyana şəhərində görüşəcək".