Şamaxıda zəlzələ nəticəsində dağılan evlərlə bağlı XƏBƏR
Digərləri 04 Mar 2019 08:48:00 210 0
Şamaxıda baş verən zəlzələ nəticəsində rayon ərazisində 3871 ev və obyektə ziyan dəyməsi barədə Şamaxı Rayon İcra Hakimiyyətinə müraciət daxil olub.
Son.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Şamaxı Rayon İcra Hakimiyyətinin Baş memarı Rüstəm Əliyev deyib.
Onun sözlərinə görə, daxil olan müraciət əsasında 3860 evə baxış keçirilib: "Hadisə ilə bağlı yaradılmış komissiya evlərə baxış keçirməkdə davam edir. Komissiyanın rəyinə əsasən, bu günə qədər baxış keçirilən evlərin 218-i kəskin qəzalı (dağılmış), 963 evin bərpası mümkün vəziyyətdə, 1440 evdə isə təmir işlərinə ehtiyac olduğu müəyyənləşib. Komissiyanın qərarına görə, 1238 evin vəziyyəti qənaətbəxs hesab edilib".
Mənbə: milli.az