Silahlılar Latakiya və İdlibdə yaşayış məntəqələrini atəşə tutublar


Dünya 04 Mar 2019 08:26:00 222 0

Silahlılar Latakiya və İdlibdə yaşayış məntəqələrini atəşə tutublar

Ötən sutka ərzində Suriyanın İdlib deeskalasiya zonasının 7 yerində atəşkəs rejimi pozulub.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Suriyada düşmən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbəri general-mayor Viktor Kupçişin bildirib.

V.Kupçişin deyib: "İdlib deeskalasiya zonasında müəyyən edilmiş atəşkəs rejiminin qanunsuz silahlı birləşmələr tərəfindən pozulması halları qeydə alınır. Sutka ərzində silahlılar Latakiya və İdlib əyalətinin yaşayış məntəqələrini atəşə tutublar".