Şamaxıda zəlzələ nəticəsində dağılan evlərlə bağlı XƏBƏR


Digərləri 04 Mar 2019 08:10:00 178 0

Şamaxıda zəlzələ nəticəsində dağılan evlərlə bağlı XƏBƏR

Şamaxıda baş verən zəlzələ nəticəsində rayon ərazisində 3871 ev və obyektə ziyan dəyməsi barədə Şamaxı Rayon İcra Hakimiyyətinə müraciət daxil olub.

Bakı. Samir Əli - Şamaxıda baş verən zəlzələ nəticəsində rayon ərazisində 3871 ev və obyektə ziyan dəyməsi barədə Şamaxı Rayon İcra Hakimiyyətinə müraciət daxil olub. Bu barədə Trend-ə açıqlamasında Şamaxı Rayon İcra Hakimiyyətinin Baş memarı Rüstəm Əliyev deyib. Onun sözlərinə görə, daxil olan müraciət əsasında 3860 evə baxış keçirilib: "Hadisə ilə bağlı yaradılmış komissiya evlərə baxış keçirməkdə davam edir. Komissiyanın rəyinə əsasən, bu günə qədər baxış keçirilən evlərin 218-i kəskin qəzalı (dağılmış), 963 evin bərpası mümkün vəziyyətdə, 1440 evdə isə təmir işlərinə ehtiyac olduğu müəyyənləşib. Komissiyanın qərarına görə, 1238 evin vəziyyəti qənaətbəxs hesab edilib".