Nuşirəvan Məhərrəmli: Hələ də bəziləri Milli Televiziya və Radio Şurasının səlahiyyətlərini senzura ilə eyniləşdirmək istəyirlər (MÜSAHİBƏ)


Digərləri 04 Mar 2019 07:45:00 177 0

Nuşirəvan Məhərrəmli: Hələ də bəziləri Milli Televiziya və Radio Şurasının səlahiyyətlərini senzura ilə eyniləşdirmək istəyirlər (MÜSAHİBƏ)

Hələ də bəziləri Milli Televiziya və Radio Şurasının səlahiyyətlərini senzura ilə eyniləşdirmək istəyirlər.

Bakı. Elçin Mehdiyev - Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmlinin Trend-ə müsahibəsi - Nuşirəvan müəllim, ötən il televiziya və radioda ədəbi dil normalarına riayət edilməsi ilə bağlı monitorinq keçirildi, nöqsanlar açıqlandı. Bu nöqsanların aradan qaldırılması istiqamətində hansı işlər görüldü? - Ümumiyyətlə, bu məsələ daim diqqət mərkəzindədir, hər bir azərbaycanlı üçün ciddi bir məsələdir. Biz də Milli Televiziya və Radio Şurası olaraq, bu məsələni daim diqqətdə saxlayırıq. Bildiyiniz kimi, ötən il cənab Prezident İlham Əliyev Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb. Həmin fərmana əsasən, Azərbaycanda dövlət dilinin tətbiqinə nəzarət edən, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin edən Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradılacaq. Bu mərkəz fəaliyyətə başlayandan sonra onun qərarları bizə göndərilərsə, təbii ki, həmin qərarlar əsasında tədbir görə bilərik. Lakin hesab edirəm ki, aparıcılarımızın, xüsusən də xəbər aparıcılarının ciddi dil qüsurları yoxdur. Təbii ki, müəyyən dərəcədə var, demək olar ki, heç bir insan Azərbaycan dilinin bütün incəliklərini 100 faiz bilmir. Hər kəs öz fikrini bildiyi formada ifadə edir, amma ədəbi dil normalarına riayət etmək başucalığı gətirir ki, bu da xəbər aparıcıları üçün əsas məsələdir. O ki qaldı şou aparıcılarına, verilişlərə dəvət olunan qonaqlara, bunlar başqa məsələlərdir. Ümumiyyətlə, Azərbaycan vətəndaşı olan istənilən şəxs dinindən, millətindən asılı olmayaraq Azərbaycan dilini bilməlidir, bu bir vətəndaşlıq borcudur. Çünki o, Azərbaycan dövlətinin vətəndaşıdır. Bu işdə Azərbaycan ziyalıları, vəzifəli şəxslər daha çox nümunə göstərməlidirlər. Ancaq çox təəssüf ki, bu gün istər vəzifəli şəxslər, istərsə də ziyalılar içərisində hələ də öz ana dilinə laqeyd münasibət bəsləyənlər var. Xarici ölkədən gəlib 2-3 il burada səfirlikdə işləyən insanlar Azərbaycan dilini öyrənə bilir, amma illərlə burada yaşayan insanlar öz dilini bilmir. Çox təəssüf edirəm ki, bu cür insanlar ana dilinə laqeyd, biganə münasibət göstərdiklərini dərk etmirlər. Başqalarına ağıl verirlər, amma özləri bu sahədə çox pis nümədirlər. Azərbaycan dilini ilk növbədə kimlər yaşatmalıdır? Ziyalılar yaşatmalıdır, ziyalılar nümunə olmalıdır. Dilə münasibət hər bir insanın vətəndaşlıq mövqeyidir. - Ədəbi dil normalarına riayət edilməsi baxımından radio kanallarında vəziyyət nə yerdədir? - Minik avtomobillərinin sayı artdıqca, radioların dinləyicilərinin də sayı artır. Radiolar əvvəllər öz fəaliyyətlərini daha çox musiqi üzərində qururdular. Ancaq bilirsiniz ki, qanunda bu, universal xarakter daşımalıdır. Radiolar təkcə musiqi verməklə yox, həm də xəbərlər verməklə, canlı bağlantılar etməklə verilişlər hazırlamalıdırlar. Bu işlər gedir. Amma bəzi radiolar daha çox xarici, bəziləri isə yerli musiqiyə üstünlük verirlər. Ancaq biz tədricən bu məsələnin üzərində dayanacağıq ki, radiolarımızda bəlli bir çərçivədə Azərbaycan xarakterli məhsullar olsun. Azərbaycan radiosunun əsasən xarici musiqi yayımlaması düzgün deyil, çünki bu, Azərbaycan radiosudur, xarici radio deyil. Əgər səsləndirdiyi musiqilərin 90 faizi xaricidirsə, xarici radio statusu ala bilər. Əgər bu, Azərbaycan radiosudursa, orada Azərbaycanla bağlı məhsullar çox olmalıdır. Biz bu məsələni qaldıracağıq. Bizi narahat edən məsələlərdən biri də radio aparıcılarının həm dili, həm də canlı bağlantı zamanı dinləyicilərlə münasibətində kobudluğu ilə bağlıdır. Bəzən də həddən artıq sərbəstlik, özünü həddən artıq savadlı göstərmək, bəzən də başqa dilləri yamsılamaq kimi hallar olur ki, bunlar da bizi narahat edir. Təbii ki, biz bu məsələləri televiziya və radio kanallarının rəhbərləri ilə görüşlər zamanı onların diqqətinə çatdırırq. - Şou proqramları daim cəmiyyət içərisinə narazılıq yaradan amildir...